Kutsev 1/4 finala çıxdı (YENİLƏNDİ)
21 avqust 2010 17:10
Bu gün azərbaycanlı kanoeçi Radoslav Kutsev Sinqapurda Yeniyetmələr arasında keçirilən Olimpiadada 1/4 finala vəsiqə qazandı.
Azerisport.az xəbər verir ki, əvvəlcə o ilkin mübarizədə 420 m məsafəni 1:49:89 nəticəsi ilə qətt etdi. Bundan sonar idmançıları cütlüylərə böldülər: Kutsev Moldova təmsilçisi Aleksandr Tiqana qarşı mübarizə apararaq ona qalib gəldi və üçüncü mərhələyə keçdi.
Bu mərhələdə Kutsevin rəqibi meksikalı Pedro Kastanyeda oldu. İdmançımız məğlub olduğuna baxmayaraq 1/4 finala vəsiqə qazandı. Burada onun rəqibi Kuba təmsilçisi Osvaldo Saserio Kardenas olacaq. Yarış sabah davam etdiriləcək.