Final mərhələsinin biletləri satışda
17 aprel 2014 15:48
Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA kubokunun final mərhələsinin biletləri aprelin 16-dan etibarən satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu gün tanınmış şoumen, "Parni iz Baku" Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə UEFA kubokunun final mərhələsinin oyunlarına bilet alıb və azarkeşləri Sərhədçi İdman Olimpiya Mərkəzinə gələrək turnirdəki təmsilçimiz "Araz" klubunu dəstəkləməyə çağırıb.
Xatırladaq ki, biletləri Sərhədçi İdman Olimpiya Mərkəzində və 28 Mall Ticarət Mərkəzində saat 10:00-dan 22:00-dək əldə etmək mümkündür. Biletlərin qiyməti 2 manatdı.