Çunayev erməni üzərində zəfəri əsgər marşı və həbri salamla qeyd etdi
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 59, 71 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.
71 kq çəki dərəcəsində Rəsul Çunayev ilk görüşdə Yaponiya idmançısı Noritomo Eto üzərində inamlı qələbə qazanıb. Ardınca ABŞ təmsilçisi Castin Lesterlə gərgin keçən görüşü qalib başa vurub. Türkiyə idmançısı Yunus Özellə görüşdən məğlub ayrılan, Rəsul, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rumıniya güləşçisi İonel Puskasu üzərində qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Rəsul Çunayev erməni Varşam Boranyanla qarşılaşıb. 23 saniyə davam edən görüşdə güləşçimiz tam üstünlüklə qalib gəlib və Dünya çempionatının bürünc medalına sahib olub.
Taleh Məmmədovun çıxışı isə uğursuz alınıb.