AFFA rəsmilərinin AÇ-2020 sevinci
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Azerisport.az xəbər verir ki, iclasda AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşdi. Qalib şəhərlər arasında Azərbaycan paytaxtı Bakı da vardı.
Həmin mərasimdən hazırlanmış fotoreportajı təqdim edirik.
Maraq üçün qeyd edək ki, tədbirdə Azərbaycanı adları aşağıda göstərilmiş şəxslərdən ibarət nümayəndə heyəti təmsil edirdi:
1. Rövnəq Abdullayev - AFFA-nın prezidenti
2. Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti
3. İskəndər Cavadov - Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü
4. İqor Ponomaryov - Futbol veteranı, 1988-ci il Olimpiya çempionu
5. Muxtar Babayev - AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı
6. Elxan Məmmədov - AFFA-nın baş katibi, Baku-2020 İşçi Qrupun sədri
7. Berti Foqts - Azərbaycan milli komandasının baş məşqçisi
8. Zaur Qəhrəmanov - AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi
9. Könul Mehtiyeva - AFFA-nın Beynəlxalq Əlaqələr Departamenti, Baku-2020 sifariş komitəsinin koordinatoru
10. Əminə Heydərova - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)
11. Nigar Cəlilli - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)