Azərbaycan - Xorvatiya matçına bilet satışı başladı
3 avqust 2015 17:45
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.