Qəbələ vətəndə atəşfəşanlıqla qarşılandı
28 avqust 2015 11:20
Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubunu iki oyunun nəticəsinə görə (evdə 0:0, səfərdə 2:2) üstələyərək qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ" bu gün səhər saatlarında vətənə dönüb. Azerisport.az xəbər verir ki, tarix yazmış komanda üzvlərini Qəbələ beynəlxalq hava limanında bir qrup azarkeş qarşılayıb.