Millimiz Belarusa ilk oyunda qalib gəldi
1 sentyabr 2015 15:15
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "ABU Arena"da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib.
Vitali Borisovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev fərqlənib.
Bu komandalar arasında növbəti oyun sabah - sentyabrın 2-də keçiriləcək. "ABU Arena"da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.