İnterin Bakı toplanışı davam edir
29 iyun 2016 13:00
İyunun 25-də bir araya gələn “İnter” komandasının futbolçuları Bakıda təlim-məşq toplanışı keçirlər. Azerisport.az xəbər verir ki, bakılılar bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda növbəti məşqə çıxıblar.
Müalicəsini davam etdirən Abbas Hüseynov istisna olmaqla, bütün heyət məşqlərdə iştirak edir.