İbrahimov yeni Azərbaycan rekordunu müəyyənləşdirdi
24 fevral 2013 02:56
Stokholmda yüngül atletika üzrə XL-Galan beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı Hayle İbrahimov və Layeş Abdullayeva təmsil ediblər.
Kişilər arasında 3 min metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov 7 dəqiqə 39 saniyə nəticə ilə beşinci olub və Azərbaycan rekordunu yeniləyib.
Qadınların 3 min metr məsafəyə qaçış yarışlarında çıxış edən L.Abdullayeva isə 9 dəqiqə 22 saniyə nəticə ilə 11-ci olub.