Avropa olimpiya təsnifat yarışı Bakıda!
17 noyabr 2013 11:38
Gələn il yeniyetmə atletlər arasında Avropa olimpiya təsnifat yarışı Bakıda keçiriləcək. Bu barədə məlumatı azerisport.az saytına milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə deyib.
Mütəxəssisin sözünə görə, Nancinq-2014-ə hazırlıq və paytaxtdakı yarışın təşkili ilə bağlı planlar gələn ay qurulacaq. Tədbirdə 44 ölkədən 839 idmançı iştirak edəcək. Bundan savayı, milli federasiyalara normadan əlavə atletlə qatılmağa icazə verilir.
Qeyd edək ki, yeniyetmələrin Nancinq Yay Olimpiya Oyunlarına lisenziya verəcək mötəbər yarış 6-8 iyunda Tofiq Bəhramoy adına Respublika stadionunda baş tutacaq. Bu rəqabətdə oğlanlar və qızlar atletikanın 17 növündə mübarizə aparacaqlar.