Fotoreportaj|Video|На русском

Bakı-2015

Qədim paytaxt Qəbələdə əsrarəngiz festival şousu

27 may 2015 11:45

Azərbaycanın Şimal-qərbinə - Böyük Qafqazın cənub yamaclarına Bakı 2015 alovunun səyahəti mayın 26-da İsmayıllıdan keçərək Qəbələdə möhtəşəm festivalla yekunlaşdı. Azerisport.az xəbər verir ki, ərazisi 2074 kv2, əhalisi isə 84 min nəfər olan İsmayıllı qədim mədəniyyəti, tarixi, xüsusən el sənətkarlığını yaşadan kəndləri ilə məşhurdur. Basqal, Lahıc, İvanovka kəndləri buna əyani nümunələrdir. Alovun İsmyayıllıya səfəri  də özünəməxsus el sənətkarlığını yaşadan Lahıcla başlandı. Yolu üzərindəki asma körpüsü, küçələri, evlərin quruluşu, tarixi ilə özü bir möcüzə olan Lahıcda məşəllə maraqlı vaxt keçirildi, foto və videokameralar bu anları əbədiləşdirdi.

İsmayıllıda 2,82 km məsafədə davam edən məşəl estafetini universal döyüş üzrə dünya çempionu, çox mübarizəli döyüş növləri üzrə ikiqat Avropa çempionu Bayram Qəhrəmanov Nizami küçəsində qala divarları önündə başladı. Heydər Əliyev prospektində tamamlanan yürüşdə Elmi Məmmədli, Vüsalə Dəmirova, Elvin Əliyev, Tuncay Əliyev, Rahid Rəcəbli, Çingiz Muradlı, Cahangir Niftəliyev və Bənövşə İsmayılova iştirak etdilər. Sonuncu məşəlçi pauerliftinq üzrə 5-qat dünya, 3-qat Avropa çempionu, dunya kubokunun ikiqat sahibi Kamil Qafarov həmkarlarının müşayiəti ilə Heydər Əliyev meydanında quraşdırılmış səhnə önünə gəldi. Gur alqış sədaları altında o, səhnədə Bakı 2015-in növbəti çırağını alovlandırdı. Bu çırağı rayona ictimai fəal Qönçə Ağazadə təqdim etdi.

Sonra Atəşgah məbədində ilk məşəlin alovlandırılması, ardınca Bakı 2015-in təbliğat videoçarxları göstərildi. Aparıcı Bakı 2015 və məşəl estafeti ilə bağlı məlumat verdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

Məşəl estafetin iştirakçısı Elmi Məmmədli ürək sözlərini dilə gətirdi: “Alov səyahətinin İsmayıllıdan keçməsi ilə, yəqin ki, hər bir rayon sakini fəxr edir. Bunu bu gün küçələrə minlərlə sakinin axışması da əyani göstərir. Fəxr edirəm ki, bu yürüşdə mən də iştirak etdim. Avropa Oyunları həyəcanını bizə yaşatdıqlarına görə cənab prezident İlham Əliyevə və birinci xanım, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Fərdi idman növləri Azərbaycanda çox inkişaf edib.

Atletika ilə məşğul olan idmançı kimi, bu növ üzrə yarışları xüsusi izləyəcəyəm. Əminəm ki, layiqli mübarizənin şahidi olacağam və idmançılarımızın uğurları da olacaq”.

Tədbir başa çatandan sonra karvan VI əsrdə Bərdəyə köçürülənə qədər 600 il qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələyə gətirildi.

Qəbələnin ərazisi 1550 km2, əhalisinin sayı 101 min nəfərdir. 2011-ci ildə beynəlxalq aeroportun açılması isə rayonun inkişaf sürətini xeyli artırıb. Vəndam, Bum və Nic kimi məşhur tarixi əraziləri olan Qəbələ son illərdə beynəlxalq musiqi festivalı ilə mədəniyyət, yeni kompleksləri sayəsində idman mərkəzinə çevrilməkdədir. Qəbələdə beynəlxalq standartlara cavab verən yeni atıcılıq kompleksi mötəbər qran-pri turnirləri ənənəsi yaratmaqdadır və bu ocaq Azərbaycanda daha bir idman növünün inkişafına münbit şərait yaradır. Burada çəkdirilən şəkillər və video görüntülər Birinci Avropa Oyunlarının ruhu ilə həmahəng səslənir.

Məşəl estafeti karate üzrə ikinci dan qara kəmər sahibi, respublika çempionatının gümüş və bürünc medalçısı Anar Mustafayevin yürüşü ilə Heydər Əliyev prospektindəki məscid önündə başlandı. Daha sonra Səməd Vurğun və Həzi Aslanov küçələrindən keçməklə 2,48 km-lik yol boyunca məşəli Tariyel Həsənov, Namiq Ağayev, İbrahim Faxlulov, İsmayıl Məmmədov, Mirəzim Qurbanov, Ceyhun Səfərov, Xeyrulla Şirinov, Zaur Tahirov və Ehsan Nəzirov daşıdılar. Bu yürüşdə Bakı 2015-in ulduz elçisi Qərib Azər və idman elçisi, Azərbaycanın gənc atletika ümidlərindən Nazim Babayev iştirak etdilər.

Heydər Əliyev parkında, Mədəniyyət Mərkəzi qarşısında təşkil olunmuş Alov Festivalında yerli incəsənət ustalarının çıxışlarından sonra aparıcı sonuncu məşəlçi məşqçi-müəllim Ehsan Nəzirovu səhnəyə dəvət etdi. Onun alovlandırdığı Bakı 2015 çırağını Qəbələ ictimaiyyətinin nümayəndəsinə 11-ci sinif şagirdi, 17 yaşlı Bəhram Əhmədli təqdim etdi.

Məşəl yürüşündə iştirak etmiş Azərbaycan atletikasının yeni ümidlərindən, Bakı 2015-in idman elçisi Nazim Babayev fikirlərini bölüşdü: “Avropa Oyunları həm ölkəmiz, həm də qitə üçün mühüm əhəmiyyətə malik tarixi hadisədir. İlk dəfə keçiriləcək Oyunların ölkəmizdə keçirilməsi biz idmançılara geniş qapılar açır. Çünki doğma divarlar arasında ev sahibi kimi uğurlar əldə etməklə, gələcəkdə daha irəli getməyə və daha çox nailiyyətlər əldə etməyə çalışacağıq. Əlbəttə, Oyunların Azərbaycanda keçirilməsi həm də biz idmançılar üçün məsuliyyət deməkdir. Ona görə də hər birimiz yarışa çıxarkən, bütün gücümüzü səfərbər edəcəyik”.

Sonra Atəşgah məbədində ilk məşəlin alovlandırılmasından hazırlanmış qısa film göstərildi. Bakı 2015-ə həsr olunmuş videoçarx da maraqla qarşılandı. Maraqlı “Alov rəqsi” nümayiş olundu. Səmaya buraxılan göyərçinlər, şarlardan sonra atəşfəşanlıq da Qəbələ səmasını rənglərə boyadı.

Alov səyahətinin Qəbələdəki məşəl estafetinin birinci iştirakçısı Anar Mustafayev də təəssüratlarını belə ifadə etdi: "Azərbaycan idmançılarının Avropa Oyunlarına çox yaxşı hazırlaşdığını, hər birinin bu Oyunların ab-havası ilə yaşadığını, qələbə əzmində olduqlarını bilirəm. Karate yığmamızda da ruh yüksəkliyi hökm sürür. İnanıram ki, milli komandamızın liderləri, dünya karatesində ad-sanı ilə seçilən Rəfael Ağayev və Şahin Atamov, həmişəki kimi, ümidləri doğruldacaqlar. Məncə, karate yarışlarının Avropa Oyunlarındakı səviyyəsi növün olimpiya proqramına qapısını açmaq iqtidarındadır".

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Yürüş mayın 27-də Kürdəmir və Ağsu rayonlarında davam etdriləcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah