Şamil Əliyevin rəqibi erməni oldu
16 aprel 2014 18:28
Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib. Azerisport.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb.
Həmyerlimiz 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyanla üz-üzə gələcək.
Bu gün axşam proqramında Roman Zakirov (69 kq) macarıstanlı Bernard Barsoni ilə qarşılaşacaq.