Fotoreportaj|Video|На русском

Boks

Məmmədov: Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etmək ən böyük arzularımdandır

18 dekabr 2014 14:50

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov Ukraynada Valentin Kuts üzərində qazandığı qələbədən danışıb. Azerisport.az xəbər verir ki, jurnalistlərə açıqlama verən boksçu son anda rəqibi dəyişdiyinə görə məyus olduğunu bildirib:

“Mən Xavadci Xatsiqova qarşı hazırlaşmışdım. Çəki mərasimində rəqibin dəyişdiyi məlum oldu. Dedilər ki, o boksçunu Ukraynaya buraxmayıblar. Ona görə Kutsa qarşıma mübarizə aparmalı oldum. Bu görüşdən rəqib dəyişdiyinə görə imtina edə bilərdim. Amma imtina etsəydim, Türkiyə və Azərbaycandan gələn dostları, eləcə də azarkeşləri məyus edəcəkdim. Digər tərəfdən 2014-cü ili qələbəylə başa vurmaq istəyirdim. Karyeramda hələ belə həyəcan keçirməmişdim. Döyüş başlayandan sonra isə hər şey rahat oldu. Rəqibi qısa zamanda yaxşı təhlil edə bilmişdik. Nokaut barədə düşünmürdüm. İstəyirdim görüş sona qədər davam etsin. Kuts ikinci raund zamanı döyüşü davam etdirə bilməyəcəyini deməklə məğlubiyyətini etiraf etdi”.

Fariz Məmmədov 2014-cü ilin yekunları barədə danışaraq başa çatan ili karyerası üçün müsbət qiymətləndirib: “Əgər uğursuz çıxış etsəydim, karyeramı başa vurardım. İki dəfə Azərbaycanda məğlub oldum. İki dəfə xarici ölkədə qələbə qazandım. Matias Pelklə görüş ərəfəsində zədələnmişdim, Andrey Zamkovoyla döyüşə isə hazır deyildim. Dostlarım bəzən deyir ki, doğma divarlar arasında döyüş zamanı bəxtim gətirmir. Pelki Almaniyada keçirilən görüşdə məğlub etdim. Zamkovoyla revanş isə sonraya qalıb. Onunla da görüşüm olacaq.

Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etmək ən böyük arzularımdan biridir. 2015-ci ildə lisenziya xarakterli turnirlər var. Fikrimcə olimpiadaya vəsiqə uğrunda mübarizə aparmağım peşəkar karyerama təsir etməyəcək. Hazırda peşəkarlar arasında dünya reytinqində 8-ci pillədəyəm. Dünya kəməri uğrunda heç kimi çempionluq döyüşünə dəvət edə bilmərəm. Amma məni dəvət edə bilərlər. Dəvət etsələr hazır olmadığıma görə indi razılaşmaram. Hər şeyin öz vaxtı var. Komandamı genişləndirmək istəyirəm. Yaxın zamanlarda menecer və məşqçi heyətində yeniliklər olacaq”.

Boksçu bəzi saytlarda onun vəhabiliyə qoşulması barədə yayılan informasiyaları yalan adlandırdı: “Hər hansı bir məlumatı yaymazdan əvvəl dəqiqləşdirmək lazımdır. Belə xəbərlər yalandır, böhtandır. Özünüz düşünün. Hər qələbəmdən sonra minlərlə insanın sevincini görürəm. İnsanlar mənə görə sevinir, təbrik edirlər məni. Hazırda Azərbaycanda idmana olan yüksək səviyyədə qayğının nəticəsidir ki, mən peşəkar boksla məşğul olmağa davam edirəm. Dövlətim bütün idmançılar üçün şərait yaradır. Qaliblər mükafatlandırılır. Hansı ağılsız insan indi pis işlərlə məşğul olar. Bu məlumatlar şayiədir. Mən Vətənimi çox sevirəm”.

Fariz Məmmədov ona karyerasını davam etdirməsində dəstək olan “Qəbələ” İdman Klubuna təşəkkürünü bildirdi: “Qəbələ” İdman Klubu hər zaman yanımda olub. Məğlubiyyətlərimi uğursuzluq saymayıb. Mənə dəstək olublar, inanıblar. Ukraynaya getməzdən əvvəl son məşqə klubun prezidenti Taleh Heydərov gəlmişdi. Onun dəstək olması mənim üçün əlavə stimuldur. Bütün bunlara görə “Qəbələ” İdman Klubunun rəhbərliyinə təşəkkür edirəm”.

Boksçu bir müddət istirahət edəcəyini yalnız bundan sonra növbəti döyüş haqda düşünəcəyini söyləyib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah