Azərbaycanın 7 boksçusu qızıl medala sahib çıxdı
“Baku Cristal Hall”da “Böyük İpək yolu” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Avropa oyunlarına test xarakteri daşıyan yarışda qüvvəsini sınayan Azərbaycan milli komandasının 7 üzvü finalda qalib gələrək, qızıl medal qazanıb.
56 kq çəki dərəcəsində turnirin kəşflərindən olan Tayfur Əliyev finalda da qələbə qazanıb. Gənc boksçumuz həlledici görüşdə fransalı Samuel Kistohurrini üstələyib – 2:1.
Lorenzo Sotomayor da (64 kq0 komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz həlledici görüşdə Fransa təmsilçisi Hassan Amzileye heç bir şans verməyib – 3:0.
Xaybula Musalov da (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuzun zərbələri qarşısında Yerik Aljanov (Qazaxıstan) davam gətirə bilməyib.
Milli komandamızın liderlərindən Teymur Məmmədov da yarışı 1-ci yerdə başa vurub. Yığmamızın üzvü finalda Türkiyə boksçusu Seyda Keseri bütün komponentlərdə qabaqlayıb.
Axşam proqramında meydana çıxanlardan Elvin Məmişzadə, Elvin İsayev və Tamerlan Abdullayev də qələbəyə sevinib. Kamran Mehdiyev isə həlledici görüşdən məğlub ayrılıb.
49 kq. Tinko Banabakov (Bul) - Bator Saqaluyev (Rus) 0:3
56 kq. Tayfur Əliyev (Aze) - Samuel Kistohurri (Fra) 2:1
64 kq. Lorenso Sotomayor (Aze) - Hassan Amzile (Fra) 3:0
75 kq. Haybula Musalov (Aze) - Yerik Aljanov (Kaz) 2:1
91 kq. Teymur Məmmədov (Aze) - Seyda Keser (Tur) 3:0
52 kq. Elvin Məmişzadə (Aze) - Əzəmət İssakulov (Kaz) 2:1
60 kq. Nurbol Kaljanov (Kaz) - Elvin İsayev (Aze) 0:3
69 kq. Onder Sipal (Tur) - Tamerlan Abdullayev (Aze) Sipal rinqə cixmayıb
81 kq. Cem Karlidağ (Tur) - Radoslav Pantelyev (Bul) 0:3
+91kq. Bahodir Jalolov (Uzb) - Kamran Mehdiyev (Aze) 3:0