LIVE: Rəcəbov Karlsenə, Məmmədyarov Karuanaya qalib gəldi
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışların beşinci günündə azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Fabiani Karuanaya, Teymur Rəcəbov Maqnus Karlsenə qalib gəlib.
A turniri
5-ci tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (İtaliya) - 1:0
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 0:1
Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Turnir cədvəli: Rəcəbov - 3, Karlsen, Karuana, Karyakin, Nakamura - 2,5, Məmmədyarov - 2.
B turniri
5-ci tur
Aleksandr Motılev (Rusiya) - Vasif Duraybəyli (Azərbaycan) - 0,5:0,5
Eltac Səfərli (Azərbaycan) - Pavel Elyanov (Ukrayna) - 0:1
Van Xao (Çin) - Radoslav Voytaşek (Polşa) - 0,5:0,5
Etyen Bakro (Fransa) - Rauf Məmmədov (Azərbaycan) - 1:0
Qədir Hüseynov (Azərbaycan) - Nicat Abbasov (Azərbaycan) - 1:0
Turnir cədvəli: Bakro - 4, Elyanov - 3,5, Voytaşek, Hüseynov - 3, Motılev - 2,5, Van Xao, Abbasov, Məmmədov - 2, Səfərli, Duraybəyli - 1,5.