Teymur Rəcəbov: Karyeramı başa vurmaq barədə düşünmürəm
24 aprel 2014 00:11
"Shamkir Chess 2014" turnirində 4-cü turda Hikaru Nakamurayla heç-heçə oynamış Teymur Rəcəbov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, Rəcəbov partiyadakı vəziyyəti belə dəyərləndirib:
"Qara fiqurlarda vəziyyət fərqli idi. Bu mənada, fikrimcə, görüş heç-heçəyə gedirdi. O mənada, qələbə üçün yol görünmürdü. Bəlkə də həmin gedişləri görmədim. Sabah Maqnusa qarşı mübarizə aparacağam. Lakin mən başqa oyunlara nəzərə yetirmirəm.Əsas, öz oyunumdur. Hər bir rəqibə maksimum hazırlaşıram və ona görə partiyaları rəqibə görə fərqləndirmirəm".
Medianın "son dəfə nə vaxt qələbə qazanmısınız?" sualına Rəcəbov belə cavab verib: "Karyeram ərzində kifayət qədər qələbəm olub. Son dəfə komandalar arasında Avropa çempionatında qələbə qazanmışam. Movsesyanla uğurlu partiyam olub. Həmin turnirdə Azərbaycan millisi çempion olub. Son 6 ay heç bir yarışda iştirak etmədiyimi nəzərə alsaq, həmin müddətdə qələbə qazanmamışam. Amma hələ karyeramı başa vurmaq barədə düşünmürəm. Qarşıda uğurlu nəticələr olacaq".