"Azərbaycan yığmasından hər zaman uğur gözləyirəm"
26 iyul 2014 15:00
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının sabiq kapitanı Zurab Azmayparaşvili azerisport.az saytına açıqlamasında millimizin şanslarını qiymətləndirib:
"Vaxtı ilə kapitanı olduğum kişi şahmatçılardan ibarət Azərbaycan yığmasından hər zaman uğur gözləyirəm. Olimpiadada çempion olmaq üçün yaxşı oyunla yanaşı bəxt də lazımdır. Qızıl medal qazanmaqdan ötrü gərək komandanın bəxti də gətirsin. İdmanda bəxt vacib amillərdən biridir. Fikrimcə, kişi şahmatçılardan ibarət yığma sona qədər mübarizə aparmaqla mükafatçılar sırasında yer ala bilər. Azərbaycan yığmasının mükafatçı olmaq şansları var".