Şahmat üzrə Qran-Prinin açılış vaxtı məlum oldu
29 sentyabr 2014 16:00
Oktyabrın 1-də Bakıda şahmat üzrə FİDE-nin Qran-Pri seriyasına start veriləcək. Azerisport.az xəbər verir ki, turnirin açılış mərasimi saat 19-30-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək.
Mərasimdə FİDE prezidenti Kirsan İlyumjinov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət və hökümət nümayəndələri, eləcə də şahmatçılar iştirak edəcək.
Qran-Prinin ilk turu oktyabrın 2-də saat 15-da start götürəcək. Turnirin bütün partiyaları yarışın rəsmi saytı vasitəsiylə canlı yayımlancaq.