Sergey Karyakin: Teymurla Şəhriyar demək olar ki, bərabər gücdədi
2 oktyabr 2014 11:12
Rusiya təmsilçisi Sergey Karyakin Bakıda start götürən şahmat üzrə Qran-Pri barədə fikirlərini jurnalistlərlə bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çox maraqlı açılış mərasimi oldu. Orada Azərbaycan şahmatının uğurları barədə danışıldı. Əminəm ki, Qran-Pri yüksək səviyyədə keçiriləcək. Azərbaycanda keçirilən hər bir şahmat turniri xoş xatirələrlə yaddaşımdadı. 11 turda bizi maraqlı oyunlar gözləyir. İlk turun maraqlı duellərindən biri Rəcəbovla Məmmədyarov arasında olacaq. Fikrimcə, onlar bərabər səviyyədə şahmatçılardır. Hər ikisi dünyanın ən güclüləri sırasındadı".