Azərbaycan şahmatçıları Ermənistana getməyəcək
26 yanvar 2015 16:15
Aprelin 18-də Ermənistan paytaxtında kişi şahmatçıların yığma komandaları arasında dünya çempionatı keçiriləcək. Azərisport.az xəbər verir ki, Aleksandr Xalifmanın rəhbərlik etdiyi Azərbaycan millisi mundialda iştirak etməyəcək.
Qeyd edək ki, mötəbər yarışda 10 ölkə təmsil olunacaq. Dünya çempionatında qitənin ən güclü komandaları yarışır. Azərbaycan millisi son Avropa çempionatının qalibi kimi mundiala vəsiqə qazanmışdı.
Dünya çempionatı aprelin 29-da başa çatacaq.