Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti Bakıda səfərdə olub
14 dekabr 2015 11:40
Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti Bakıda səfərdə olub. Azerisport.az xəbər verir ki, FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də FİDE-nin digər vitse-prezidenti İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili iki günlük səfər müddətində Gənclər və İdman Naziri Azad Rəhimov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovla görüşüblər.
Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib. Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hall-da olublar.
(Bakı Şahmat Olimpiadasının mətbuat xidməti)