Olimpiadanın tərəfdaşları məlum oldu
24 avqust 2016 00:10
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi mötəbər yarışın keçirilməsində dəstək olan şirkətləri təqdim edib. Azerisport.az xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə tərəfdaşlıq müqaviləsi imzalanıb.
Bakı Şahmat Olimpiadasının tərəfdaşları mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edir.
Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.