Araz Naxçıvan Türkiyədə ilk məşqə çıxdı
24 iyul 2014 00:23
Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək "Araz Naxçıvan" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, ötən gün Ərzuruma yollanan "qırmızı-ağlar" "Palan" otelində məskunlaşıb.
Artıq Naxçıvan klubu qonşu ölkədə ilk məşqini keçirib. Baş məşqçi Əsgər Abdullayev ilk məşqdə daha çox toplu çalışmalara üstünlük verib.
Bu gündən etibarən komanda gündə iki dəfə olmaqla məşqlərinə davam edəcək. (klub saytı)