İnter favoritdi, Neftçi yox
24 iyul 2014 00:34
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu mərhələdə mübarizə aparan komandalarımızın da qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” "Neftçi"ni Sloveniya "Koper"i ilə ilk görüşdə o qədər də şanslı hesab etmir. Meydan sahibləri aşkar favoritdilər. "İnter"i isə "Elfsborq"la Bakıda keçiriləcək qarşılaşmada daha şanslı hesab olunur.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
24 iyul
İnter - Elfsborq (2.00 - 3.30 - 2.90)
Koper - Neftçi - (1.55 – 3.60 – 4.40)