"Lansa gəzmək yox, oynamaq üçün gedirik"
2 avqust 2014 00:56
Avqustun 10-da Fransanın "Lans" klubunun düşərgəsinə yola düşəcək "Bakı"nın futbolçularından biri - Ülvi Süleymanov səfər öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fransızlar artıq neçə aydı bizə zəng edib oraya nə vaxt gedəcəyimizi soruşurlar. Bizim yenidən bu kluba qayıtmağımızı çox istəyirlər. "Lans"la müqavilə imzalamağa gedirik. Öncə Parisə gedəcəyik və Mahir Mədətovla görüşəcəyik. Lansa da onunla bərabər gedəcəyik. Fransaya gəzməyə yox, oynamağa gedirik".