U-21 millimizin də heyəti açıqlandı
Avqustun 17-dək 20-ə qədər Bakı şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Bernard Lippert heyəti də açıqlayıb.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Orxan Əliyev (Sumqayıt)
Təvəkkül Məmmədov (Sumqayıt)
Tərzin Cahangirov (Sumqayıt)
Bəhtiyar Həsənalızadə (Sumqayıt)
Andrey Popoviç (Sumqayıt)
Şahrudin Maqomedaliyev (Sumqayıt)
Maqomed Kurbanov (Sumqayıt)
Ceyhun Cavadov (Sumqayıt)
Slavik Alxasov (Sumqayıt)
Urfan Abbasov (Qəbələ)
Elvin Camalov (Qəbələ)
Murad Musayev (Qəbələ)
Ağabala Ramazanov (Xəzər Lənkəran)
Orxan Sadıqlı (Xəzər Lənkəran)
Azər Salahlı (İnter)
Fuad Bayramov (İnter)
Rəşad Eyyubov (Simurq)
Vadim Abdullayev (Simurq)
Azad Kərimov (Bakı)
Tural Hümbətov (Araz Naxçıvan)
Rəhman Hacıyev (Qaziantep BB, Türkiyə)
Elbəyi Quliyev (Ural, Rusiya)
Bayram Budaqov (Dnepr, Ukrayna)
Qeyd: "Araz Naxçıvan", "Simurq" və "Qəbələ" klublarının futbolçuları komandaya Topaz Premyer Liqasının 2-ci turundan sonra qoşulacaq.