Vəli Qasımov: Amit Quluzadə Atletikoda əsas heyətə düşmək üçün çox çalışmalıdı
22 avqust 2014 18:25
Azərbaycanın veteran futbolçusu Vəli Qasımov yığmamızın yarımmüdafiəçisi Amit Quluzadənin Portuqaliyanın "Atletiko" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Amitin Portuqaliya klubuna keçməsinə sevindim. Bizim uşaqlar müxtəlif ölkələrin çempionatlarında oynamağa çalışmalıdılar. Ona uğurlar arzulayıram. Amit başa düşməlidi ki, Portuqaliya çempionatında oynamaq asan deyil. Ona inanıram. Amit "Atletiko"nun əsas heyətinə düşmək üçün çox çalışmalıdı. Bunu bacarsa, hər şey qaydasında olacaq. Portuqaliyada Azərbaycan futbolundan xəbərdardılar. Şübhəsiz ki, hələ mən orada oynayan dövrdə də bizim futboldan xəbərləri vardı".