Qəbələ Bakıya qalib gəldi
23 avqust 2014 00:10
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 3-cü tura start verilib. Azerisport.az xəbər verir ki, günün tək oyununda “Qəbələ” səfərdə “Bakı” ilə qarşılaşıb.
Qonaq komandanın oyunçusu Fərid Səmədzadənin dublu sayəsində 2:0 hesablı qələbə qazanan əyalət təmsilçisi turnir cədvəlində ikinci pilləyədək irəliləyib.
Əvəzedicilərin çempionatı
3-cü tur
22 avqust
Bakı - Qəbələ - 0:2
Qollar: Fərid Səmədzadə, 3; 6.