Millinin heyətində dəyişiklik edildi
2 sentyabr 2014 17:35
Sentyabrın 3-də İsrail, sentyabrın 9-da isə Portuqaliya yığması ilə Avropa çempionatının seçmə oyununu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Hacı Əhmədov (Qarabağ) və Orxan Sadıqlı (Xəzər Lənkəran) zədəli olduğu üçün oyunlarda iştirak etməyəcək.
Əvəzində "Qarabağ" klubundan Ağaseyid Qasımov yığmaya dəvət olunub. (AFFA)