Xəzər Lənkəran futbolçuları cərimələdi, bir oyunçusu əməliyyat olundu
17 sentyabr 2014 13:30
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşacağı "Araz Naxçıvan"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verri ki, komandanın bu gün baş tutan məşqində Fernando Qabriel iştirak etməyib.
O, əməliyyat olunub. "Araz Naxçıvan"la oyunda onunla yanaşı Tyeqo de Xesus da iştirak etməyəcək. O, diskvalifikasiya edilib.
Qeyd edək ki, "Xəzər Lənkəran" futbolçuları son turda "Neftçi"yə məğlubiyyətə görə pul cəriməsi ilə də üzləşib.