Vidadi Rzayev: Qarabağ sabah Sent-Etyenlə oyunda qələbə haqda düşünə bilər
17 sentyabr 2014 16:58
Veteran futbolçu Vidadi Rzayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zalsburq"la ev oyunu "Qarabağ"ın səviyyəsini göstərdi. Qurban Qurbanovun yetirmələrinin AZAL-la son oyununa da baxdım. "Qarabağ"ın futbolçuları demək olar ki, çox güc sərf etmədilər. Baxmayaraq ki, böyük hesabla qalib gəldilər. Bu, komandanın səviyyəsindən xəbər verir. Düşünmürəm ki, "Sent-Etyen" "Qarabağ"ı çox üstələyir. Fikrimcə, doğma meydanda qələbə haqda düşünə bilərik. Amma heç-heçə də sərfəli nəticə hesab oluna bilər".