Jaba debüt edə bilməməsinin səbəbini açıqladı
20 oktyabr 2014 17:00
"Bakı"nın köhnə-yeni hücumçusu Jaba Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı oynaya bilməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim transfer kağızımı hələ də göndərməyiblər. "Xəzər Lənkəran"a qarşı oynaya bilməyəcəyimi eşidəndə çox məyus oldum. Ümid edirəm ki, 9-cu turda qarşılaşacağımız AZAL-la oyuna qədər problem həllini tapacaq və oynayacam".