Qarabağın Dneprlə oyunu çexiyalılara tapşırıldı
20 oktyabr 2014 17:20
UEFA Avropa liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” - “Qarabağ” matçına təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, 3-cü turu çərçivəsində baş tutacaq görüşü çexiyalı referilər idarə edəcəklər.
Təyinatlar aşağıdakı kimidi:
Baş hakim: Libor Kovarjik
Köməkçi hakimlər: Kristof Mençl, Yan Patak
Əlavə köməkçi hakimlər: Radek Prjiqoda, Yan İlek
Dördüncü hakim: Petr Blajek (hamısı Çexiya)
UEFA nümayəndəsi: Stefan Ormanciyev (Bolqarıstan)
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” qarşılaşması oktyabrın 23-də Bakı vaxtı ilə saat 00:05-də Kiyevin Olimpiya stadionunda keçiriləcək.