Çumbinyo Bakıya qayıtdı
20 oktyabr 2014 17:40
"Qarabağ"ın yarımmüdafiəçisi Çumbinyo Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, o, zədəsini Bakıda müalicə etdirəcək.
Xatırladaq ki, braziliyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen"ə qarşı oyunda zədələnmiş və yarım il müddətinə sıradan çıxmışdı.