Berti Foqts: Mənim Ştutqart ilə əlaqəm olmayıb
21 oktyabr 2014 00:05
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Almaniyanın "Ştutqart" klubunu çalışdıracağına dair informasiyaları təkzib edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Avtomobilimdən başqa məni "Ştutqart"la heç nə bağlamır (Ştutqart şəhərində yerləşən "Mersedes Benz" şirkətinin mərkəzi zavodunu nəzərdə tutur. Onlarla heç bir əlaqəm olmayıb. Amma bütün təkliflərə açığam".