XL sabah mərkəzi arenada son məşqə çıxacaq
24 oktyabr 2014 18:10
Çərşənbə axşamından etibarən Bakıda gündəlik olaraq məşq edən “Xəzər Lənkəran” Premyer Liqanın növbəti turuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, zədəli olan Uğur Pamuk və Cahangir Həsənzadə istisna olmaqla, bütün heyət üzvləri məşqlərdə iştirak edirlər.
Sabah isə komanda Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqə çıxacaq.
“Qarabağ” – “Xəzər Lənkəran” matçı oktyabrın 26-da keçiriləcək və saat 18:00-da başlayacaq. (klub saytı)