Fotoreportaj|Video|На русском

Pavol Farkaş: Qəbələyə mükafat qazanmağa gəlmişəm

1 noyabr 2014 00:30

“Qəbələ”nin slovakiyalı futbolçusu Pavol Farkaş Topaz Premyer Liqasının son iki turunda vurduğu qollarla “Sumqayıt” (3:1) və “Araz Naxçıvan” (1:0) üzərində qələbələrdə pay sahibi olub. Azerisport.az xəbər verir ki, müdafiəçi Naxçıvandakı səfər oyunu, qol vurmaq bacarığı və çempionatın gedişi haqda fikirlərini klub saytı ilə bölüşüb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

- Topaz Premyer Liqasının 10-cu turunda “Araz Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiz. Liderlər sırasında mövqeyinizi möhkəmlədən səfər qələbəsi nə dərəcədə çətinliklə əldə olundu?
- Bu matç çox ağır keçdi. Çətin oyunda bizə vacib olan 3 xal qazandıq. Komandamız da qələbə qazanmağı bacardı.

- Qarşılaşmanın taleyini həll edən qola imza atdız. Matçdan əvvəl belə olacağını gözləyirdiz?
- Qələbə qolunu mənim vurmağım önəmli deyil. Əsas odu ki, komanda qalib gəldi. Əlbəttə ki, qol vurduğum üçün sevinirəm. Amma əsas qələbə qazanmağımız idi.

- Artıq iki turdu vacib qollara imza atırsız. Ötən tur “Sumqayıt”la qarşılaşmada hesab 1:1 olarkən fərqlənmişdiz. Bu dəfə də qələbə qolunun müəllifi olduz. Mərkəz müdafiəçisinin belə məhsuldarlıq göstərməsini nə ilə izah edərdiz?
- Hər iki qolu standart vəziyyətdən vurmuşam. Belə zərbələrin üzərində məşqlərdə də çox çalışırıq. Bu da məşqçilərimizin istəyidi. Bunun da nəticəsidi ki, top üzərimə gələndə fərqlənə bildim.

- Standart vəziyyətlərdə hücuma qoşulmağınız əvvəlki turlarda qolla nəticələnmirdi. Amma son iki matçda bundan istifadə etməyi bacardız...
- Bu, futboldu. Hər şey ola bilər. Bəlkə də əvvəlki oyunlarda bəxtim gətirmirdi, indi isə gətirdi. Futbol belə şeyləri əvvəlcədən bilmək olmadığı üçün maraqlıdı.

- Karyeranızda bir mövsümdə ən çox 2 qol vurmusuz. 2006/07 mövsümündə “Nitra”, 2008/09 mövsümündə “Vasluy”da buna nail olmusuz. Daha bir qol vurub şəxsi rekordunuzu yeniləmək haqda düşünürsüz? Növbəti turun “Bakı” ilə ev oyunu fərqlənəcəyinizi gözləmək olarmı?
- İlk növbədə müdafiəçiyəm. Bu üzdən də arxa xətdə etibarlı oyuna fikir verməliyəm. Mənim üçün ancaq komandamızın qələbəsi vacibdi. Başqa heç nə. Qol vursam, yaxşıdı. Vurmasam da, əsas 3 xal qazanmağımızdı.

- İlk 10 turda bütün oyunlarda meydana çıxan azsaylı futbolçulardan birisiz. Bu matçlarda “Qəbələ” 17 xal toplayıb. Liderlər qrupunda qərarlaşıb. Komandanın oyununu və nəticələrini necə qiymətləndirirsiz?
- Müəyyən oyunlarda bəzən xallar itirmişik. Amma qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Məncə, vəziyyətimiz pis deyil. Amma hesabımızdakı xalları daha da artırmalıyıq. Çünki sonda mövsümü sevinclə başa vurmaq istəyirik.

- Bütün rəqiblərlə meydanda üz-üzə gəlmisiz. Mükafatlar uğrunda mübarizə, buradakı əsas rəqibləriniz haqda nə deyə bilərsiz?
- Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün şanslarımız var. Mən də “Qəbələ”yə mükafat qazanmağa gəlmişəm. Çünki bu komanda ilə mükafat qazanmaq istəyirəm. Digər komandalar da mükafatlar üçün mübarizə aparır. Ümid edirəm ki, mövsümün sonunda sevinən komandalardan biri biz olacağıq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah