Qarabağ Rumıniya klubu ilə sülh bağladı
31 yanvar 2015 21:18
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Ruminiya təmsilçisi "Tarqu-Mureş"lə qarşılaşıb.
Bakı vaxtıyla 19:30-da start götürən qarşılaşmada hesab açılmayıb. Bu matçla Antalya toplanışını başa vuran Ağdam klubu Bakıya dönəcək.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki oyunlarında Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan "Levski"sinə 0:3 hesabıyla uduzub, İsveçrə "Sürix"i (1:1) və Rusiya "Mordoviya"sı ilə (0:0) sülh bağlayıb, Polşa "Legiya"sına 2:0 hesabıyla qalib gəlib.
Yoxlama oyunu
31 yanvar
"Qarabağ" - "Tarqu-Mureş" - 0:0