Qarabağ ispaniyalı oyunçu ilə güclənir
26 fevral 2015 20:00
Azərbaycan çempionu "Qarabağ" ispaniyalı futbolçu ilə güclənməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu, ispaniyalı futbolçu Daniel Kintana Sosadır.
O, yaxın günlərdə Ağdam klubunun düşərgəsinə qoşulaacaq. Amma müqavilənin detalları bəlli deyil. İspaniyalı yarımmüdafiəçi azad agent statusu daşıyır.
Qeyd edək ki, 28 yaşlı futbolçu yalnız növbəti mövsümdən "Qarabağ"a kömək edə biləcək. Çünki bu mövsüm o, artıq iki komandada çıxış edib.