Azərbaycan yığması Bakıya qayıtdı
26 fevral 2015 21:00
Azərbaycanın futbol üzrə əsas yığma komandası Antalya toplanışını başa vuraraq, Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, səhər saatlarında Türkiyədə son məşqinə çıxan Robert Prosineçkinin yetirmələri hazırlıqdan dərhal sonra çarter reysi ilə vətənə dönüb.
Qeyd edək ki, yığmamız fevralın 20-dən Türkiyədə təlim-məşq toplanışında idi. Hazırlıq prosesi çərçivəsində Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama oyunu keçirən millimiz 1:2 hesablı məğlubiyyətlə üzləşmişdi.