İsrafilovsuz Qranada Sevilya ilə sülh bağladı
20 aprel 2015 00:15
İspaniya La Liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sevilya" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Hazırda zədəli olan Eddi bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 25 xalla 19-cu pillədə qərarlaşıb.