Arif Əsədov: Futbolçularda motivasiya azalıb
22 may 2015 20:40
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çempionatın sonuna doğru gedirik. Futbolçularda motivasiya azalıb. Biz əsas diqqətimizi kubokun finalına yönəltmişik. Çempionat oyunları isə gənc futbolçular üçün şansdır. Onlar təcrübə toplamalıdırlar”.