Bakı mövsümün hazırlıqlarına başlayır
2 avqust 2015 16:30
“Bakı” futbol klubu növbəti - 2015/16-cı il futbol mövsümünün hazırlıqlarına start verir. Azerisport.az xəbə verir ki, "zolaqlılar" sabah - avqustun 3-dən etibarən məşqlərə başlayacaq.
Həmin gün əsas komanda ilk məşqinə klubun bazasında, saat 9:00-da çıxacaq.
Qeyd edək ki, "Bakı" növbəti mövsümdən birinci divizionda çıxış edəcək.