Dmitri Nazarov qol ötürməsi ilə yadda qaldı
3 avqust 2015 00:10
Almaniya ikinci Bundesliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sankt-Pauli" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Start heyətdə meydana çıxan Dmitri fasilədə əvəzlənib. O, bu görüşdə komandasının vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.
"Karlsrue" iki turdan sonra xalsızdır və 16-cı pillədə qərarlaşıb.