Fotoreportaj|Video|На русском

Saşa Yunisoğlu: Qəbələdə 2 xal itirdik

1 dekabr 2015 14:15

"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Rəqibi yaxşı analiz etmişdik. Onların güclü və zəif cəhətlərini bilirdik. Pis matç keçirmədik. Son saniyələrdə qol buraxmağımız üzücü oldu. Rəqib ən güclü cəhətindən yararlandı, cinah ötürməsindən sonra qol vurdu. Bizim səhvə yol verməyimiz də həlledici oldu. Amma baş hakimin niyə oyunun əsas vaxtına beş dəqiqə əlavə etdiyini başa düşə bilmədim.

- "Rəvan" iki xal itirdi, ya bir xal qazandı?
- Son saniyələrdə qol buraxırsansa, deməli, xal itirmiş olursan.

- Səfər öncəsi oyundan sonra belə düşünəcəyinizi gözləyirdiniz?
- "Qəbələ" ölkənin ən güclü klublarından biridir. Buna baxmayaraq, biz səfərə qələbə üçün yollanmışdıq, məğlubiyyət barədə düşünmürdük. Təbii ki, belə bir rəqibdən səfərdə bir xal almaq yaxşı nəticədir. Amma oyun göstərdi ki, biz daha artığına nail ola bilərdik.

- "Rəvan"ın son üç turdakı çıxışını ("Neftçi" - 3:2, "Zirə" - 1:0, "Qəbələ" - 1:1) fenomenal adlandırmaq olar?
- "Qəbələ"yə də qalib gəlsəydik, belə adlandırmaq olardı. Amma belə yaxşı nəticə saymaq mümkündür. İndi komandada fərqli atmosfer var. Əvvəlki kimi deyil.

- Son turlarda qazandığınız xallara baxmayaraq, komandanız yenə turnir cədvəlinin sonuncu pilləsindədir...
- Bu vəziyyəti dəyişməyə çalışırıq. Komandanın potensialı üst pillələrə çıxmağımıza imkan verir. Son turlarda yaxşı nəticələr qazanmağa başladığımızı nəzərə alsaq, tezliklə son pilləni tərk edə bilərik.

- Sizi komandaya Bəhmən Həsənov gətirdi və hələ ki, onu bu addımına görə peşman etmirsiniz...
- Bu cür etimada görə ona da, klub rəhbərliyinə də minnətdaram. Açıqlamaq istəmədiyim səbəblərə görə bir ilə yaxın idi futbol oynamırdım. Ümid edirəm ki, baş məşqçinin etimadını doğrultmağa davam edəcəyəm. Komandaya indiki çətin vəziyyətdən çıxmağa kömək etmək istəyirəm.

- "Qəbələ"nin ardından növbəti turda sizi daha bir sabiq klubunuzla - "Bakı" ilə görüş gözləyir...
- Əslində, məni az qala hər turda keçmiş komandalarımdan biri ilə oyun gözləyir (gülür). Amma ciddi olsaq, Qəbələdə məni yaxşı qarşıladılar. Orada unudulmaz illər keçirmişəm. Lakin oyun zamanı xüsusi emosiyalar yox idi. "Bakı"ya qarşı keçirəcəyimiz kubok oyununda da belə olacaq. Bu turnirdə yolumuza davam etmək istəyirik. Ona görə də "Bakı"ya qalib gəlməliyik. Yeri gəlmişkən, bu klubun indiki vəziyyətə düşməsinə çox üzülürəm. Ümid edirəm ki, onların maliyyə çətinlikləri geridə qalacaq və hər şey əvvəlki kimi olacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah