Fotoreportaj|Video|На русском

Robert Prosineçki: Klubların, futbolçuların hazırlıq səviyyəsi məni qane etmir

3 dekabr 2015 17:20

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bir müddət əvvəl əməliyyat olunmusunuz. Hazırda özünüzü necə hiss edirsiniz?
- Qorxulu bir əməliyyat deyildi. Gördüyünüz kimi, çox yaxşıyam. Hər şey geridə qaldı. Əməliyyatdan sonra həkim məsləhətiylə bir gün xəstəxanada qaldım. Artıq iki gündür iş başındayam.

- Azərbaycanda fəaliyyətinizin bir ili tamam oldu. Bu müddətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Yaxşı qıymətləndirə bilərəm. Milli komanda yaxşı futbol nümayiş etdirməyə başlayıb. Gənc oyunçular milliyə dəvət olunub, onlara şans verilib. Azərbaycan futbolu inkişaf etmək üçün düzgün yoldadır.

- Milli komanda üçün 2015-ci ili necə dəyərləndirirsiniz?
- Məncə, 1 il kimi qısa müddətdə çox şeyi dəyişə bildik. Narazı qaldığım yeganə oyun Bolqarıstan yığması ilə qarşılaşma olub. Xırdalıqları xatırlatmaq istəmirəm.   Xorvatiya, Norveç kimi güclü rəqiblərlə oyunlarda xal qazanmağı bacardıq. Malta yığmasına evdə qalib gəlib, səfərdə heç-heçə etdik. Hərçənd həmin görüşdə rəqibdən aşkar üstün futbol nümayiş etdirmişdik, qələbə qazanmalıydıq. Moldova yığması ilə yoldaşlıq görüşündən qalib ayrıldıq. Həmin oyunda ilk dəfə dörd yeni futbolçuya şans verdim. Təkcə nəticə deyil, həm də nümayiş etdirdiyimiz futbol məni qane etdi. Nəzərə almaq lazımdır ki, Moldova yığmasıyla oyunda əsas heyətin bir neçə üzvü oynamırdı.
 
- İlk açıqlamalarınızda əsas işinizin futbolçuların özünəinam hissini qaytarmaq olduğunu bildirmişdiniz. Bu istəyinizə nail olmusunuzmu?
- Əldə etdiyimiz nəticələrlə bunu müəyyənləşdirmək olar. Bəli, futbolçuların özlərinə inamını qaytara bildik. Seçmə mərhələyə çox pis başlamışdıq. Ardıcıl məğlubiyyətlərdən sonra futbolçuların psixoloji problemlərinin olması təbii haldır. Malta yığması ilə oyundan əvvəl oyunçulara, mənə, eləcə də AFFA-ya çox təzyiqlər vardı. Həmin qələbədən sonra işləmək asan oldu. Dediyim kimi, ardınca Norveç və Xorvatiya yığmalarına qarşı inamlı mübarizə aparıb heç-heçəyə nail olduq. Müsbət nəticələrə baxmayaraq, bununla kifayətlənmək niyyətində deyilik. Daha səylə çalışmalıyıq. DÇ-2018-in seçmə mərhələsində güclü komandaların yer aldığı qrupa düşmüşük. Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya kimi güclü komandalara qarşı mübarizə aparacağıq. Qrupun favoriti hesab olunan Almaniya millisini çıxmaq şərtilə, istənilən komandaya qarşı oynaya bilərik. Bunu oyunçularımla yanaşı, rəqiblərimiz də yaxşı bilirlər. Artıq Azərbaycan millisinə qarşı oynamaq asan deyil.
 
- Ötən müddətdə nəyi dəyişmək istəyirdiniz, lakin dəyişə bilmədiniz?
- Çox şeyi dəyişmişik. Daha yaxşı oynaya bilərdik. Ola bilsin, bu istəyimi hələ tam həyata keçirə bilməmişəm. Hazırda bunun üzərində çalışırıq. Məqsədimiz daha yaxşı futbol nümayiş etdirməkdir. Oyunçuların potensialını nəzərə alaraq mən buna inanıram.
 
- Milli komandanın 2016-cı il üçün hazırlıq planı məlumdurmu? Ümumiyyətlə, növbəti ildə komandada nə kimi dəyişikliklər gözləmək olar?
- Mən və köməkçilərim klublarımızın qış təlim-məşq toplanışını, keçirdikləri yoxlama oyunlarını izləyəcəyik, məşqçilərlə görüşümüz olacaq. 
 
- Aşağı yaş qruplarından ibarət yığma komandaları da diqqət mərkəzində saxlayırsınız, məşqçiləri ilə mütəmadi görüşlər keçirirsiniz. Onların çıxışları və əldə etdiyi nəticələr gələcəyə nikbin baxmağa əsas verirmi?
- Bu yaş qruplarında nəticələrin elə bir əhəmiyyəti yoxdur. Aşağı yaş qruplarından ibarət yığmaların əsas məqsədi milli komandaya oyunçu hazırlamaqdır. Elə oyunçular var ki, əsas milli komandaya dəvət almaqla yanaşı U-21-in və U-19-un da formasını geyinirlər. Namiq Ələgərov 1995-ci il təvəllüdlüdür. U-19-un formasını geyinir. Təəssüflər olsun ki, ciddi zədə səbəbindən uzun müddət oynaya bilmədi. Elnur Cəfərov, demək olar ki, millinin hər toplanışına dəvət olunur. O da U-19-un üzvüdür. Elvin Camalov, Coşqun Diniyev U-21-in formasını geyinirlər. Bunlara nəzərə alaraq, deyə bilərəm ki, gələcəyə nikbin baxmağa dəyər.
 
- Topaz Premyer Liqasında qış fasiləsinə az qalıb. Çempionatdakı mübarizə, komandaların oyunları, futbolçuların hazırlıq səviyyəsiz sizi qane edirmi?
- Xeyr, qane etmir. Mövsümün əvvəlində hamı deyirdi ki, “Qəbələ” bu il nəsə edə bilər. Hazırda lider “Qarabağ”dan 8 xal geri qalır. Bir çox mütəxəssis “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını düşünürdü. Təəssüf ki, “Neftçi” istədiyi futbolu nümayiş etdirə bilmir. Digər tərəfdən, sevindirici haldır ki, Premyer Liqa təcrübəsi olmayan “Zirə” komandası diqqəti cəlb edir. “İnter”in ötən mövsümlə müqayisədə nəticələri yaxşı olsa da, oyun baxımından geri qalır. Son oyunlarda “Sumqayıt”la “Rəvan” yaxşı nəticələr əldə edir. Əlbəttə, AZAL-ı unutmaq olmaz. Hesab edirəm ki, komandaların vəziyyəti bundan da yaxşı ola bilərdi. “Neftçi”, “Xəzər Lənkəran” kimi komandalar əvvəlki kimi güclü olmalıdır ki, çempionatda rəqabət daha da artsın.
 
- Avropa Liqasında mübarizə aparan komandalarımızın çıxışlarını necə qiymətləndirirsiniz?
- Hər iki təmsilçimiz güclü komandaların yer aldığı qrupda mübarizə apardı. Almaniya nəhəngi “Borussiya” ilə oyunlar “Qəbələ” üçün yaxşı təcrübə oldu. “Qəbələ”nin qrup mərhələsində mübarizə aparması özü böyük uğurdur. Nəzəri cəhətdən “Qarabağ”ın şansı davam edir. Çox çətin olacaq. Belçika futbolu haqda danışanda ilk ağıla gələn komanda “Anderlext”dir. “Qarabağ” rəqibini səfərdə məğlub etməklə yanaşı, digər oyunun nəticəsini də gözləməlidir. “Tottenhem”, “Monako” kimi komandalarla oyunlar göstərdi ki, “Qarabağ” istənilən rəqiblə mübarizə aparmağa qadirdir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah