Aleksey Qay: Layiqli qələbə qazandıq
8 fevral 2016 00:15
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter" üzərində qələbə qazandıqları oyunu (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Layiqli qələbə qazandıq. Pis hava şərtlərinə rəğmən, istədiyimizə nail ola bildik. Pis oynamadıq. Sadəcə, bunu inkişaf etdirmək lazımdır. Bundan sonra nə olacaq? Bu qələbənin dadını çıxarmaq istəyirik. Sabahdan etibarən isə növbəti oyunun hazırlığına başlayacağıq. Uğurun davamını növbəti turlarda da gətirməliyik".