Əsgər Abdullayev istefa verdi
5 mart 2016 17:30
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Nə deyəcəyimi bilmirəm. İstefa verirəm. Komandada qalıb-qalmayacağımı bilmirəm. Çox danışmaq istəmirəm. Bu uğursuzluqları qəbul edə bilmərəm. Bu, mənə pis təsir edir".