İsrafilov 90 dəqiqə oynadı, komandası uduzdu
14 mart 2016 00:10
Futbol üzrə İspaniyanın ikinci liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda "Luqo" ilə qarşılaşıb. Matç "Kordoba"nın məğlubiyyəti ilə başa çatıb - 1:2. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 46 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.