Nazarov oynadı, Karlsrue evdə xal itirdi
14 mart 2016 00:15
Almaniya ikinci Bundesliqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Haydenhaym" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda xal itkisi ilə üzləşib - 0:0. Nazarov start heyətdə meydana çıxdığı görüşün 74-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 35 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.